Pep Qvardiola: "Real"ı keçə bilməsək, istefaya göndərilə bilərəm"

14.02.2020 12:20

Çempionlar Liqasının 1/8 finalında Madrid "Real"ı ilə üz-üzə gələcək "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yollarına davam etmək istədiklərini deyib.

İspan mütəxəssis ÇL-in "şəhərlilər" üçün vacib olduğunu qeyd edib:

"Çempionlar Liqasındakı oyunlar üçün həyəcanlıyam. Bu kuboku qazanmaq istəyirik. Əgər "Real"a uduzsaq, idman direktoru və ya klub prezidenti mənə "Kifayət qədər yaxşı deyilik və səninlə yolları ayırırıq" deyə bilər. Ancaq Çempionlar Liqasını qazansaq, bizim üçün uğursuz mövsüm olmayacaq. ÇL-i qazanmaq istəyirəm".

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR