Dörd dairədə seçkilərin nəticələri ləğv olundu - VİDEO

13.02.2020 20:52

Azərbaycanda 4 dairədə seçkilərin nəticələri ləğv olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında verilib.

İclasda həmin dairələrdən olan namizədlərin şikayətlərinə baxılıb. Qeyd edilib ki, şikayətlər Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən araşdırılıb və ciddi qanun pozuntularının olduğu aşkarlanıb. Həmçinin seçicilərin iradəsini ifadə etməyin mümkün olmadığı vurğulanıb. Qeyd edilib ki, 33 saylı Xətai birinci seçki dairəsi, 35 saylı Xətai üçüncü seçki dairəsi, 74 saylı Lənkəran kənd seçki dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairəsindəki məntəqələrdə ciddi pozuntular olub.

Sonra məsələlər müzakirəyə çıxarılıb və həmin dairələr üzrə seçkilərin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki pozuntuları ilə bağlı görüntü yayanlara da təşəkkür edib.

Pəzahir Pənahov onu da qeyd edib ki, bəzi blogerlər və media nümayəndələri vəziyyətdən sui-istifadə ediblər. Onlar hüququ olmadığı halda müşahidəçilərdən də suallarına cavab almaq istəyiblər. Lakin onlar yalnız komissiya üzvlərini sual-cavab edə bilərlər.

Ardınca 13 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilib.

Məzahir Pənahov bildirib ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlər cəzalandırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR