Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

12 saylı marşrut xəttində 5 sürücü səbəbsiz işdən azad edilib - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

12.02.2020 19:48

Bakıda 12 saylı marşrut avtobusunun 5 sürücüsü heç bir səbəb göstərilmədən işdən azad edildiklərini iddia edir.

Sürücülər Əziz Hüseynov, Daşqın Əsədov, Elşad Babayev, Mirsəfər Ağayev və Ramazan Əlisultanoviç bununla bağlı ''Xəzər Xəbər''ə müraciət ediblər.

Onların sözlərinə görə, bir ildən çoxdur ki, Bakıda fəaliyyət göstərən ''ŞİDLİ Aİ'' şirkətinin 12 saylı marşrut avtobusunda sürücü kimi işləyiblər.

Şirkətlə onlar arasında əmək müqaviləsi bağlanıb. Sürücü Əziz Hüseynov deyib ki, bir neçə ay sonra onlara təqdim olunan sənədə imza atıblar. Ancaq bu imzanı nə üçün atdıqlarına fikir verməyiblər. Sonradan məlum olub ki, şirkət tərəfindən hər bir sürücüsüyə 260 manat əməkhaqqı ödənilməli olduğu halda bu pul verilməyib.

Sürücülərin digər bir iddiası isə onları əmək müqaviləsindən göstərilən 8 saat iş rejimindən artıq işlədilməsi ilə bağlıdır.

Məsələ ilə bağlı ''ŞİDLİ Aİ'' şirkətinin rəhbəri Fikrət Əhmədov ''Xəzər Xəbər''ə bildirib ki, həmin şəxslərə hər ay deyildiyi məbləğ ödənilib.Bunun üçün isə həmin sürücülər sənədə imza da atıblar. Şirkətdən narazı olan sürücülər məhkəməyə müraciət edə bilərlər.

Şikayətlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, işdən azad olunan sürücülər rəsmi qaydada müraciət edəndən sonra problem araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






219 dəfə oxunub

ÇOX OXUNANLAR