Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib

27.01.2020 21:35

Türkiyənin Aksaray vilayətinin Sultanhanı rayonunda doqquzu Çin, üçü Türkiyə vətəndaşı olmaqla 12 nəfər koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Öncə Sultanhanı rayonundakı Duz Gölü təbii qaz anbarında işləyən iki Çin vətəndaşı başgicəllənmə, ürəkbulanma və qusmadan şikayət edib. Araşdırma zamanı məlum olub ki, 5 gün öncə Çindən Aksaraya, həmin 2 nəfər də daxil, 9 nəfər gəlib.

Aksaray Səhiyyə İdarəsi eyni şikayətləri olan 3 Türkiyə vətəndaşı ilə birgə 12 nəfəri nəzarətə götürüb. Onlardan üçü Aksaray Təhsil və Araşdırma Xəstəxanasında karantinə alınıb. (APA)

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR