KİV: Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ-a məxsus ola bilər - VİDEO

27.01.2020 18:10

Bu gün Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ola bilər.

APA-nın xəbərinə görə, bu barədə "TOLOnews” məlumat yayıb.

Təyyarənin sağ mühərrikində tanıdıcı nişanlar nəqliyyat vasitəsinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğunu göstərir.
Telekanalın qəzanın baş verdiyi ərazidən yaydığı görüntülərdə təyyarənin qismən yandığı və onun korpusundan "Bombardier E-11” olduğu məlum olub.

Xatırladaq ki, bu gün səhər Qəzni vilayətinin mərkəzisində, "Taliban” qüvvələrinin nəzarət etdiyi ərazidə təyyarə qəzası baş verib. 1TVNews telekanalının məlumatına görə, bu, hərbi təyyarə olub və koalisiya qüvvələri tərəfindən istifadə olunub. Bundan əvvəl, hadisə şahidlərinin məlumatına görə, yerli sakinlər əcnəbi pilotun meyitini tapıblar. Təyyarədə 15 nəfərin olduğu bildirilir. (APA)


© xezerxeber.az

FOTOQALERIYA






250 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR