2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq

27.01.2020 13:44

Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub.

Bunu Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb. Belə ki, 2018-ci ildə 12 min 300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20 min 500-ə çatdırılıb.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulur.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR