Bu telefonlarda “WhatsApp” işləməyəcək

27.01.2020 13:38

"WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin dayandırılması barədə qərar qəbul ediblər.

XəzərXəbər xarici KİV-lərə istinadla xəbər verir ki, bu il fevralın 1-dən "WhatsApp” "Android 2.3.7” və "iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon və planşetləri dəstəkləməyəcək. Messenceri "Android 4.0.3” və ya "iOS 9” versiyalarda problemsiz istifadə etmək mümkün olacaq. "WhatsApp” messenceri "KaiOS 2.5.1” sistemli aparatlarda da işləyəcək.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR