SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələdən sonra yanğınlar başladı - VİDEO

25.01.2020 00:27

Türkiyənin Elazığ vilayətində baş verən 6,8 bal gücündəki zəlzələdən sonra güclü yanğın başlayıb.

Yerli mənbələr xəbər verir ki, yanğın hündürmərtəbəli binanın sonuncu mərtəbələrini əhatə edib. Tələfat barədə məlumat yoxdur. Hadisənin səbəbləri araşdırılır. Daha bir neçə tikilidə zəlzələnin səbəb olduğu fəsadlar nəticəsində yanğın baş verdiyi deyilir.

Xatırladaq ki, Elazığda baş verən zəlzələ nəticəsində azı 4 nəfər həyatını itirib. 100-dən çox yaralı Dağıntılar altında çox sayda insanın qaldığı bildirilir.

Publika.az

© xezerxeber.az


511 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR