Bu gündən 4 nömrəli avtobuslar “BakıKart” sisteminə keçib

24.01.2020 11:05

Yanvarın 24-dən 4 nömrəli avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR