Bakıda aptekdə qanunsuz dərman satanlar belə yaxalandı - Əməliyyat çəkilişi

23.01.2020 15:12

Daxili İşlər Nazirliyi ötən gün paytaxtda aptekdə qadağan olunmuş dərmanlar satan şəxslərin tutulması ilə bağlı növbəti məlumat yayıb.

XəzərXəbər xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dövriyyəsi qanunla qadağan olunan psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Baş İdarənin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini Mahir Salmanov və Bakı şəhər sakini Vüsalə Məmmədova 9 ədəd "Tramadol” və 5 ədəd "Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd "Tramadol”, 667 ədəd "Pregabalin”, 659 ədəd "T-doll”, 246 ədəd "Contramal”, 10 ədəd "Tamol XX”, 58 ədəd "Royal”, 70 ədəd "Lyrica” və 126 ədəd "Regapen” aşkar edilərərk götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© xezerxeber.az


390 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR