Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub.
Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirdi. Bildirildi ki, bu, "Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışdı.
Prezident İlham Əliyev gələcəkdə də Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğuladı.
Söhbət zamanı bildirildi ki, "Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.
© xezerxeber.azPrezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri həll edilir
Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEO
Ov mövsümü açıldı - bir neçə quşun ovlanmasına icazə verilir - VİDEO
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
Külli miqdarda narkotik maddə aşkarlanıb, saxlanılanlar var - VİDEO
Təhsil naziri müəllimlərin sertifikasiyasından danışdı - VİDEO
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB