ABŞ hamilə qadınlara viza verilməsi qaydalarını dəyişir.
TASS xəbər verir ki, bu barədə Prezident Donald Trampın Administrasiyası qərar qəbul edib.
Bildirilir ki, ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları hamilə qadınlardan viza verilməsi üçün müraciət qəbul edərkən onların səfərinin əsas məqsədinin nə olduğunu qiymətləndirəcəklər. Müraciət edənlərin ABŞ-a doğuşu həyata keçirmək üçün getmək istədiyi müəyyən edilərsə, həmin qadınların müraciətləri ABŞ-da tibbi yardım almaq istəyən əcnəbilərin müraciətləri ilə eyni şəkildə nəzərdən keçiriləcək. Bu hallarda viza üçün müraciət edən hamilə qadınlar ABŞ-da tibbi yardım almaq niyyətində olduqlarını sübut etməli, bu xidmətlərin ödənilməsi üçün kifayət qədər vəsaitə sahib olduğunu göstərməlidir.
Qərarın yanvarın 24-dən qüvvəyə minməsi gözlənilir.
Statistikaya əsasən, 2012-ci ildə 36 minə yaxın qadın ABŞ-a xüsusi olaraq bu ölkədə doğuş həyata keçirmək üçün gəlib və sonra ölkəni tərk edib.
publika.az © xezerxeber.azTürkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Ermənistanda koronavirusa daha 198 yeni yoluxma qeydə alınıb
Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEO
Ov mövsümü açıldı - bir neçə quşun ovlanmasına icazə verilir - VİDEO
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
Külli miqdarda narkotik maddə aşkarlanıb, saxlanılanlar var - VİDEO
Təhsil naziri müəllimlərin sertifikasiyasından danışdı - VİDEO
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB