20 Yanvar - Şərəf və Qürur Günümüz! - VİDEO

20.01.2020 19:35

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar hadisəsindən 30 il ötür. Məhz 1990-cı ilin bu günü Sovet hakimiyyətinin haqsız qərarlarına etiraz səsini ucaldandinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilib. Amma 20 yanvar hadisəsi müstəqillik kimi əbədi səadətin ilk addımları olduğu üçün şərəf və qürur tarixidir.

Kremilin bir birinin ardınca verdiyi ədalətsiz və ermənipərəst qərarları Azərbaycan xalqının hiddətini artırırdı. Ermənistanın Dağlıq Qarabağı öz büdcəsinə daxil etməsi və Moskvanın buna səssiz qalması isə bardağı daşıran son damla oldu. Baş verənlərinməkirli bir planın tərkib hissəsi olduğu Azərbaycan xalqı üçüngün kimi aydın idi. Xalqbuna etiraz olarak meydana axışdı.

Sovet hakimiyyəti isəədalətsiz qərarlarından geri dönmək əvəzinə daha dəhşətli bir qərar verdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərinə daxil olaraq əliyalın dinc əhaliyə qarşı qırğın törətdi.

Bu hadisə nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkəranada yeridilib, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilib. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatıb.SSRİ -nin ovaxtkı rəhbəriMixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.

20 Yanvar faciəsi törədilən zaman ölkədə informasiya blokadası yaranmışdı, radio və televiziyanın enerji blokuhərbiçilər tərəfindənpartladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Məqsəd xalqı bu dəhşətli faciədən xəbərsiz qoymaq idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Ümumilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı təşkil edib,xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayılıb. Heç yerdən köməyi olmayan xalqın qəlbində inam və ümid işığı yanıb.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atılıb. 20 Yanvar hadisəsininAzərbaycan xalqının tarixində yeri və rolu, onun dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülüb.

Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qırğınla bağlı qərar qəbul edib. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar hadisəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib, bu dəhəşətli cinayətingünahkarlarının adları açıq şəkildə bəyan edilib.

20 yanvar hadisəsi Azərbaycan tarixinin ən şanlı səhfələrindən biri olmaqla yanaşı spve6t imperiyasının dağılmasınınsürətləndiər əsas hdaisə kimi də tarixə düşüb. Belə ki, imperiya rəhbərliyi əslində bu qırğına qərar verməklə həm də digərittifaq ölkələrinə göz dağı vermək istəyirdi. Amma əksinə oldu. Azərbaycan xalqısübut etdi ki, imperiyanın70 illik təziq, təhdid və represiyalarına baxmayaraq öz milli kimliyini və azadlıq eşqini qoruyub saxlayıb və 20 yanvarda əliyalın qəhrəmanların sovettanklarına meydan oxuması bunun təcəssümü idi.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR