Suriyanın şərqinə ABŞ ordusuna məxsus 75 yük maşını göndərilib

18.01.2020 09:23

Suriyanın şərqində yerləşən Deyr əz-Zora və Hasaka bölgələrinə ABŞ ordusunun silah-sursatla dolu yük maşınlarının göndərildiyi iddia olunur.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əl-Qamışlı kəndindəki mənbələr 75 yük maşınının Dəclə çayı üzərindəki Semalka sərhəd-keçid məntəqəsini keçdiyini bildiriblər.

Qeyd edək ki, ABŞ ötən il qoşunlarını Suriyadan çıxarsa da, sonradan hərbi qulluqçularını yenidən geri göndərib.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR