Bakı metropolitenində 20 Yanvar şəhidləri yad edilib - VİDEO

17.01.2020 19:05

Tariximizin şəhid qanı ilə yazılmış səhifələrindən biri - 1990-cı ilin 20 Yanvar gecəsi hər il Bakı metropolitenində böyük ehtiram və dərin hüznlə yad edilir. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə qəhrəmanlıq tariximizin yazılmasında Bakı metrosunun işçiləri də yaxından iştirak ediblər. Onlar həmin gecə böyük cəsarət və fədakarlıq nümayiş etdirərək, sübhədək işləməsəydilər, faciənin miqyası bəlkə daha böyük və qurbanların sayı da daha çox olardı.

Xezerxeber.az-ın məlumatına görə, həmin gecə metropoliten bir çoxlarının gülləbarandan sığınacaq yeri, yaralıların ilkin tibbi yardım və xəstəxanalara vaxtında çatdıran əsas nəqliyyat vasitəsi olub.

Qəhrəmanlıq tariximizin yazıldığı həmin gecə metropoliten də şəhid verib. Əflatun Kazımov sinəsini tankın qabağına verən cəsarətli Vətən övladlarından biri olub. Hazırda metro işçisi olan oğlu Sirac Kazımov həmin günləri çətinliklə xatırlayır.

Bu gün "Bakı Metropoliteni" və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı yanvar tarixinin 30 illiyinə həsr olunan sərgi keçirilib. Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR