Qida Təhlükəsizliyi Agentliyinin sədri hesabat verdi - VİDEO

17.01.2020 19:10

Saxta spirtli içki hazırlayanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Artıq bununla bağlı ciddi yoxlamalara start vermişik.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

O deyib ki, son günlər ölkə ərazisində saxta içkidən zahərlənmə və ölmə hallarına görə məsələ Agentlik tərəfindən ciddi nəzarətə götürülüb.

Agentlik sədri həmçinin bildirib ki, bitki mənşəli yağlara dair sanitar norma və qaydalar hazırlanıb.Onun sözlərinə görə, hesabat dövründə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib. Nəticədə 2,2 ton qida məhsulu zərərsizləşdirilib, 208,5 ton və 9734 litr qida məhsulu məhv edilib.

Qoşqar Təhməzli insan orqanizmi üçün təhlükəli olan trans yağlar mövzusuna da toxunub.

O xatırladıb ki, ötən il ölkədə 585 nəfər qidadan zəhərlənib, 83 ton təhlükəli qida məhsulu dövriyyədən çıxarılıb, 20 cinayət işi açılıb.Bununla yanaşı Agentliyinin fəaliyyətə başladığı dövrdən indiyə qədər 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR