Deputatlığa namizədliyini irəli sürmüş YAP üzvü qeydə alınmayıb

15.01.2020 17:26

Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Topçuyev Azər Yusif oğlunun namizədliyi qeydə alınmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Topçuyev Azər Yusif oğlu sənədlərini dairə seçki komissiyasına (DSK) təqdim etməkdən imtina edib. O, DSK-ya inamının olmadığını əsas gətirərək, sənədlərini təqdim etməkdən imtina edib, daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib.

Lakin valideyinləri gəlsə də, namizəd sonradan sənədlərini təqdim etməyib. Belə olan halda DSK onun namzədliyi qeydə alınmayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq, namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR