MTRŞ sədri ATƏT DTİHB Seçki Müşahidə Missiyasının analitikini qəbul edib

15.01.2020 16:04

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) media analitiki Kira Kalininanı qəbul edib.

Xezerxeber.az-ın məlumatına görə, görüşdə Azərbaycanda audiovizual sahədə olan son vəziyyət, Şuranın vəzifə və funksiyaları, onun həyata keçirdiyi monitorinqlər, tənzimləmə prosesində mövcud problemlər, televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilib.

N. Məhərrəmov qonağı maraqlandıran sualları cavablandırıb.

© xezerxeber.az

FOTOQALERIYA






92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR