Sabunçuda avtobus qıtlığı yaşanır - səbəb yolların bərbad vəziyyətdə olması göstərilir - VİDEO

14.01.2020 19:34

Sabunçu rayonu, Albalılıq qəsəbəsində marşrut avtobusu problemi var.

Xezerxeber.az-ın məlumatına görə, qəsəbə sakinləri avtobus sarıdan əziyyət çəkirlər.

Sakinlər deyirlər ki, metronun "Neftçilər" stansiyasından qəsəbə daxilinə yalnız 186 nömrəli avtobuslar gəlir. Həmin xətdəki avtobusların sayı isə azdır.

Avtobus sürücüləri isə problemin qəsəbədaxili yolların bərbad vəziyyətdə olmasından qaynaqlandığını deyirlər. Onların sözlərinə görə, xüsusən yağışlı havalarda həmin yollar keçilməz olur. Bu isə avtobusları sıradan çıxarır. Bu səbəbdən xətdəki avtobusların sayı azaldılıb.

Avtobusların aid olduğu daşıyıcı şirkətdən isə bildirdilər ki, qış aylarında yol keçilməz olduğundan avtobuslar sərnişinlərə xidmət edə bilmir. Əgər yol düzəlsə, avtobusların sayı artırılar və qəsəbə sakinlərinin problemi həll edilər.

Bakı Nəqliyyat Agentliyindən də problemin həmin ərazidə yol infrastrukturunun mövcud vəziyyəti ilə bağlı olduğu bildirildi. Yolların bu vəziyyəti avtobusların texniki baxımdan qısa bir zamanda yararsız hala düşməsinə səbəb olur. Hazırda marşrut xətti ilə bağlı müəyyən dəyişikliklər üzərində iş aparılır.

Qəsəbədaxili yolların təmir edilib-edilməməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən münasibət öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR