Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Beqoviç "Milan"da debüt etməyə hazırlaşır - Donnarumma sıradan çıxdı

14.01.2020 14:27

"Milan"ın qapıçısı Canluici Donnarumma İtaliya A Seriyasının 19-cu turunda "Kalyari" ilə matçda zədələnib.

 

İtaliyalı qapıçı zədə səbəbindən bir neçə oyunda iştirak etməyək. 20 yaşlı qolkiperin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Komandanın baş məşqçisi Stefano Piolinin Donnarummanın əvəzinə yeni transfer Asmir Beqoviçə şans verəcəyi gözlənilir.

 

"Mİlan" yanvarın 15-i İtaliya kubokunda SPAL-la qarşılaşacaq.

 

Asmir Beqoviç mövsümün ilk yarısını Azərbaycan çempionu "Qarabağ"da keçirib. "Bornmut" 32 yaşlı bosniyalı qapıçını "Milan"a mövsümün sonuna qədər icarəyə verib.

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR