Bakıda polis kafedə əməliyyat keçirdi - CİNAYƏT BAŞINDA TUTULDU

14.01.2020 14:22

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda əməliyyat keçirib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olmuş müraciət əsasında keçirlən əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 ABŞ dollarını alarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR