Əli Həsənov müəllifi olduğu kitabı təqdim etdi

16.12.2019 14:28

Azərbaycan Respublikası Prezidentinin keçmiş köməkçisi Əli Həsənov müəllifi olduğu "Azərbaycanın geosiyasəti" adlı kitabı ictimaiyyətə təqdim edib.

Xezerxeber.az xəbər verir ki, Əli Həsənov "Facebook" profilində etdiyi paylaşımla oxuculara kitab haqqında məlumat verib: "Diqqətinizə təqdim etdiyim dərslikdə dünyanın əsas ölkələrinin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda nümayiş etdirdikləri geosiyasi maraqlar və yürütdükləri siyasət fonunda Azərbaycan Respublikasının keçmiş, indiki və gələcək inkişaf məsələləri araşdırılır, milli inkişaf və təhlükəsizlik maraqlarının təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları şərh edilir; ölkənin geosiyasi kodunun, xarici və milli siyasət konsepsiyasının hazırlanması, milli maraqlarının çərçivəsinin müəyyənləşməsi və təmin edilməsi kimi çoxsaylı geosiyasi məsələlər təhlil olunur; gələcək geosiyasi perspektivləri, dünyanın və regionun geosiyasi güc mərkəzləri ilə münasibətləri, Xəzərin enerji daşıyıcılarının istismarı və dünya bazarlarına çıxarılması sahəsindəki rolu, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlər tədqiq olunur. Bundan başqa, dərslikdə Azərbaycan dövlətinin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi fəaliyyət, regionun, Avropanın və transmilli dünyanın enerji, tranzit-keçid, beynəlxalq daşıma, nəqliyyat-kommunikasiya sistemindəki iştirakı ilə bağlı məsələlər təhlil edilir, Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi ölkələrinin gələcək milli maraqlarını təhdid edən qlobal proseslər şərh olunur". 

Kitabla bu link (http://www.ebooks.az/book_P0gdNsqR.html) vasitəsilə tanış olmaq olar.

© xezerxeber.az

FOTOQALERIYA






327 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR