Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakı 2020-ci ili qarşılamağa hazırlaşır - VİDEO

14.12.2019 20:32

Paytaxt Bakı 2020-ci ili qarşılamağa hazırlaşır.

Xezerxeber.az-ın məlumatına görə, Dənizkənarı bulvar və Bakının mərkəzi park və küçələri Yeni il əhval-ruhiyyəsinə bürünür.

Şəhərin "Azneft" dairəsində quraşdırılan böyük yolka ağacı artıq yekunlaşmaq üzrədir. Yolkanı quraşdıran ustalar işlərin ən qısa zamanda bitəcəyini deyirlər.

Dənizkənarı Milli parkda iki yolka quraşdırılır. Həm bulvar ərazisində, həm də Neftçilər prospekti boyunca bütün şam ağacları işıqlarla bəzədilir. Yolkalardan biri köhnə bulvar ərazisində təxminən 10 metr, digəri isə Ağ şəhər bulvarında təxminən 18 metr hündürlükdə olacaq.

Qeyd edək ki, yeni il axşamı Kukla teatrının arxasında yerləşən meydanda bayram proqramı təşkil olunacaq. Milli park bayram axşamı paytaxt sakinlərini və şəhərin qonaqlarını maraqlı sürprizlərlə sevindirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR