Cənubi Koreyada bir neçə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb

14.12.2019 10:58

Cənubi Koreyanın cənub-şərqindəki magistral yolda bir neçə avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, ən azı 14 nəfər yaralanıb.

Xezerxeber.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, qəza Seuldan 301 kilometr cənubda baş verib.

Hadisə zamanı 7 maşın yanıb. 100-ə yaxın yanğınsöndürən 44 xüsusi nəqliyyat vasitəsi ilə alovu iki saat ərzində söndürüb.

Qəzaya səbəb yolun buz bağlaması olub.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR