Odessada kollecdə yanğın zamanı həlak olanların sayı 13 nəfərə çatıb

12.12.2019 09:24

Odessada kollecdə baş verən yanğın nəticəsində dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb və bununla da həlak olanların sayı 13-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda dağıntılar altından çıxarılanın kimliyi dəqiqləşdirilir. Daha 3 nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb. Yanğından sonra 2 nəfər xəstəxanada dünyasını dəyişib, 11 nəfərin isə cəsədi tapılıb.

Ukrayna Prezidenti Vladimir Zelenski faciə ilə əlaqədar dekabrın 8-də ölkədə matəm elan edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Faktla bağlı cinayət işi açılıb.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR