Elektron növbə götür, vaxtında sərhəddə ol və növbəyə durmadan keç - VİDEO

11.12.2019 20:35

Gömrük sərhəddindən keçmək üçün saatlarla növbədə gözləməyə ehtiyac qalmayacaq. Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi elektron növbə xidməti ilə vətəndaşlar öncədən növbə götürə və vaxtında keçidə yaxınlaşaraq gözləmədən sərhədi keçə bilərlər.

Elektron növbə götür, vaxtında sərhəddə ol və növbəyə durmadan keç...

Dövlət Gömrük komitəsi yeni istifadəyə verdiyi elektron növbə layihəsi ilə sərhəd keçid məntəqələrindən keçidi asanlaşdırıb.

Komitənin layihələrin idarə olunması şöbəsinin inspektoru Tuncay Əlibəyli bildirir ki, xidmətdən istifadə etmək üçün internetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki "Elektron xidmətlər" bölməsindən "onlayn növbə" alt bölməsinə daxil olaraq "e-növbə" xidmətini seçmək kifayətdir.

Qurumun rəsmisi bildirir ki, vətəndaşlar kompüterlə yanaşı mobil telefonlarından proqramlar olan bazaya daxil olmaqla ingilis dilində smart customs xidmətini seçə və yükləyərək dərhal istifadə edə bilərlər. Vətəndaş əgər vaxtında sərhəd-keçid məntəqəsində olsa onun üçün sərhədi keçmək çox asan olacaq.

"Gömrük nəzarəti xətti"ndə növbəyə duraraq mobil telefona göndərilən qeydiyyat kodunu gömrük xidməti üzrə "bir pəncərə"yə təqdim etmək lazımdır. Pasport qeydiyyatı başa çatdıqdan sonra sərhəd keçidi təmin olunacaq. "E-növbə" xidmətindən istifadə edən şəxslər seçdikləri vaxtdan gec gəldikləri halda isə onların qeydiyyatı ləğv olunur və canlı növbəyə durmaqla sərhəd keçidi təmin edilir. Onu da qeyd edək ki, sistem dekabr ayının 1-dən etibarən artıq istifadədir.

© xezerxeber.az

FOTOQALERIYA






265 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR