Bakıda küçədən kişi meyiti tapılıb

11.12.2019 11:44

Bakıda küçədən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun küçələrinin birində təxminən 60-65 yaşlarında kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyitin Masallı rayon sakini, 1956-ci il təvəllüdlü Cavadov Mürsəl Qulam oğluna aid olması müəyyən edilib.

M. Cavadovun ölüm səbəbi araşdırılır.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR