İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

11.12.2019 10:52

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb. Rayonun Əliqulular kənd sakini Cəfərov Vahid Məhərrəm oğlu idarə etdiyi "VAZ 2115” markalı avtomobillə İmişli sakini, 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR