Samoada qızılca səbəbindən məktəblər bağlanıb

08.12.2019 11:07

Samoada qızılca səbəbindən məktəblər bağlanıb və ictimai tədbirlərin keçirilməsi qadağan edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Samoanın Səhiyyə Departamentindən bildiriblər.

Departamentin məlumatında deyilir: "Bütün məktəblər (özəl və dövlət), məktəbəqədər təhsil mərkəzləri və uşaq bağçaları növbəti qərara qədər gələn həftənin bazar ertəsi günü, dekbarın 9-u bağlanacaq. Kilsə xidmətləri istisna olmaqla, bütün ictimai tədbirlər növbəti xəbərdarlığaqədər qadağan edilir".

Bildirilir ki, Samoada 9 yoluxma halı qeydə alınıb.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR