Bu xəbərin qəhrəmanı havanın temperaturunun aşağı olmasına baxmayaraq, 100 gündən artıqdır ki, hər gün çimərliyə gedərək dənizə girir. Qaradağ rayonu Sahil qəsəbə sakini Elvin Rzayev ''şəkərli diabet'' xəstəsi olduqdan sonra bu addımı atmaq qərarına gəlib. Bir neçə ay soyuq havada dənizdə çimdikdən sonra isə müayinə zamanı onun bu xəstəlikdən tamamilə qurtulduğu məlum olub.
Əvvəlcə çimərliyə gələrək isinmə hərəkətləri edir. Sonra isə dənizə girərək soyuq suda çimir.
Küləkli və yağışlı hava demədən o, hər gün çimərliyə gedərək dənizdə çimir. Qaradağ rayonu Sahil qəsəbə sakini Elvin Rzayev 100 gündən artıqdır ki, hər gün səhər saatlarında çimərliyə gedərək dənizdə çimir.
Elvin Rzayev deyir ki, soyuq havalarda dənizə girməzdən bir neçə ay əvvəl evdə soyuq su ilə çimərək bədənini öyrəşdirib. Bundan sonra isə hər gün dənizə gələrək çimməyə başlayıb.
Soyuq havalarda dənizdə çimən Elvinin bu addımı atmasının maraqlı bir tarixçəsi də var. Belə ki, həkimlər müayinə zamanı Elvin Rzayevdə ağır ''şəkərli diabet'' xəstəliyinin olduğunu aşkar ediblər. Bundan sonra isə o, hər gün soyuq havada dənizə girmək qərarına gəlib. Həkimlər növbəti müayinə zamanı Elvinə sağlamlığında heç bir problemin olmadığını deyiblər.
103 gündür ki, hər gün fasiləsiz soyuq havalarda dənizə girən Elvin Rzayev bu addımını videoya çəkərək sosial şəbəkələrdə də paylaşır və digər insanları da sağlam olmaq üçün bu aksiyada iştirak etməyə çağırır.
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Azərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB