NATO-nun London sammitindən sonra Avropa Şurasının keçmiş prezidenti Donald Tuskun sosial şəbəkədəki paylaşımı müzakirə mövzusu olub.
Fotoda Tusk əlini silah kimi tutaraq ABŞ Prezidenti Donald Trampın kürəyinə tuşladığı yerdə əks olunub.
Polşalı siyasətçinin bununla Amerika prezidentini kürəyindən qabağa itələdiyi ehtimal olunur.
Tusk fotonun üzərində "Eniş-yoxuşlara baxmayaraq, Trans-Atlantik dostluq mütləq davam etməlidir” qeydini yazıb. Siyasətçinin paylaşımı sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Bəzi amerikalı sosial şəbəkə istifadəçiləri Tuskun paylaşımına "Bu nə qədər iyrənc bir əl hərəkətidir?”, "Ədəbsiz”, "Bu nədir? Bir təhdiddir?” kimi rəylər yazıb.
Polşalı istifadəçilər də Tuskun bu davranışına etinasız qalmayıb. Ona "Bir polşalı olaraq, bu adama görə utanıram” kimi mesajlar ünvanlayıblar.
Vəzifəsindən keçən günlərdə gedən Donald Tusk BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda baş tutan sammitində ABŞ prezidentini sərt şəkildə tənqid etmişdi./teleqraf
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Azərbaycanda dəhşətli cinayət - Arvadını yatdığı yerdə öldürdü
Qeyri-müntəzəm sərnişin avtobuslarında gediş haqqı bahalaşdı - VİDEO
Azərbaycanda MÜHÜM YENİLİK: Bundan sonra sürücülərin... - VİDEO
Gürcüstan prezidenti: NATO Qafqaza daha çox diqqət ayırmalıdır
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB