"Everton" baş məşqçisi ilə yolları ayırdı

06.12.2019 13:01

İngiltərənin "Everton" klubu baş məşqçisi Marku Silvanı istefaya göndərib.

Buna səbəb Liverpul təmsilçisinin uğursuz nəticələr əldə etməsidir. Komandanın 15-ci turda əzəli rəqibi "Liverpul"a səfərdə 2:5 hesabı ilə uduzmasından sonra rəhbərlik belə qərar verib.

Komandanı 16-cı turda "Çelsi" ilə keçiriləcək oyuna Dankan Ferqyuson hazırlayacaq.

"Everton" çempionatın turnir cədvəlində 14 xalla 18-ci yeri tutur.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR