Fatih Terimdən gözlənilməz qərar: 5 futbolçunu göndərir

06.12.2019 11:43

"Qalatasaray” Türkiyə kubokunun 5-ci turu çərçivəsində öz evində keçirdiyi matçda 2-ci liqa komandası "Tuzlaspor”a 2:0 hesabı ilə məğlub olub.

Azarkeşləri şoka salan bu nəticədən sonra baş məşqçi Fatih Terim 5 futbolçunu komandadan göndərmək qərarına gəlib.

Siyahının başında Fildişi sahili ulduzu Seri var. Naqatomo da son oyunda həvəsli oyun sərgiləsə də, xətaları və nəticəsiz ötürmələri ilə komandasına kifayət qədər dəstək ola bilməyib. Azarkeşlər tərəfindən söyüldükdən sonra hələ də özünə gələ bilməyən Belhan da qış transfer pəncərəsində göndəriləcəklər arasındadır. Gəldiyi gündən bəri forma şansı tapa bilməyən Taylan isə icarəyə veriləcək. Azarkeşlərin getməsini ən çox istəyidi oyunçu Emre Mordur. Futbolçu, Terimin də gözündən düşüb. 1 illik icarəyə götürülən Mor fasilədə göndəriləcək.

Qeyd edək ki, "Qalatasaray” 2 Superliqa, 1 UEFA Çempionlar Liqası və 1 Türkiyə kuboku olmaqla, ümumilikdə son 4 oyunda qalibiyyət sevinci yaşamayıb.

© xezerxeber.az


232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR