Magistraturaya qəbul prosesi birmərhələli ola bilər - VİDEO

05.12.2019 18:00

Magistraturaya qəbul prosedurlarının birmərhələli keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aşıqlama verib.

O, hazırda bu məsələ ilə bağlı universitetlərlə danışıqlar aparıldığını bildirib. Qeyd edib ki, əgər qaydalar təsdiq olunarsa, dəyişiklik 2020-ci ildən tətbiq olunacaq.

Məleykə Abbaszadə doktoranturaya qəbul imtahanı verənlər üçün ingilis dilindən imtahanların da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydaların müzakirə edildiyini bildirib. DİM sədri növbəti il üçün qəbul imtahanlarının vaxtının təyin edilməsi üçün danışıqların keçirildiyini də bildirib.

Qeyd edək ki, imtahanlar və ali məktəblərə qəbul olunanların qeydiyyat prosesinin yarışlardan öncə və ya sonraya təyin edilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR