İrəvanda polislə qarşıdurmada 24 tələbə saxlanılıb

03.12.2019 21:55

Ermənistanda Daşnaksutyun partiyasının gənclər qanadından olan bir qrup tələbə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında nazir Araik Harutyunyanla görüşmək tələbi ilə qanunsuz aksiya keçiriblər.

TASS xəbər verir ki, tələbələrin tələbi rədd edildiyindən onlar oturaq aksiyaya qərar veriblər.

Ermənistan hüquq-mühafizə orqanından bildirilib ki, bu zaman polislə tələbələr arasında qarşıdurma baş verib.

Nazirliyin yerləşdiyi Vazgen Sarkisyan küçəsində yolların bağlanması nəticəsində böyük tıxac yaranıb. Polis etirazçı tələbələrə qarşı güc tətbiq edib. 24 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, tələbələrin etirazına səbəb noyabrın əvvəlində Təhsil Nazirliyi tərəfindən "Ali təhsil və elm haqqında" qanuna dəyişiklik edilməsi barədə verdiyi təklif olub.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR