İtkin düşmüş gürcü balıqçıların axtarışına Azərbaycanın helikopteri cəlb edilib

02.12.2019 17:10

Azərbaycan sərhədçiləri Qardabani rayonunun Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargölündə itkin düşmüş balıqçıların axtarışına cəlb edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfindən axtarış xilasetmə işlərinə helikopter cəlb edilib.

Qeyd edək ki, Candargölündə içərisində üç balıqçının olduğu qayığı külək aşırıb. Balıqçılardan yalnız biri sahilə çıxmağa müvəffəq olub və o, Gürcüstan Fövqəladə Hallar Xidmətinin qaynar xidmətinə zəng edərək yardım çağırıb.

İtkin düşmüş şəxslərin qohumları balıqçıların daha əvvəl gölün Azərbaycan sahilində olduğunu bildiriblər.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR