Mərakeşdə qəzada 17 nəfər ölüb, 36 nəfər yaralanıb

02.12.2019 16:53

Mərakeşdə ölümlə nəticələnən yol qəzası baş verib.

Yol qəzası ölkənin şimalında, Taza şəhərinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib, avtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 17 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR