Xidməti müqavilə ilə işləyənlər adətən icbari sığorta olunmadığından istehsalatda baş verən bədbəxt hadislər və ya iş zamanı yaranan xəstəliklərə görə işçilərlə, işəgötürənlər arasında tez-tez mübahisə yaşanırdı. Bütün bu mübahisələrə son qoymaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra ediləcək yeni sistemlə artıq ölkəmizdə icbari sığortası olmayan xidməti işçi qalmayacaq.
Xezerxeber.az-ın məlumatına görə, yeniliyə əsasən vətəndaşa ödənişi sığorta şirkəti verəcək. Bu müqavilərlə bağlı məlumatların onlayn rejimdə İcbari Sığorta Bürosuna ötürülməsi ilə mümkün olacaq. Sığortanı etdirməyən işverənlər isə cərimə ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli hesab edir ki, yeniliyin tətbiqi ilə xidməti müqavilə ilə işləyənlərin 95 faizi sığorta ilə əhatə olunacaq. Məqsəd isə vətəndaşa dəyən ziyanın maneəsiz ödənişini təmin etməkdir.
Qeyd edək ki, xidməti müqavilərlə bağlı məlumatın İcbari Sığorta Bürosuna göndərilməsi üçün sistemin 2 ay ərzində istifadəyə veriləcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq
Mehdiabad gənclər şəhərciyində ölümlə nəticələnən qəza baş verib
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib
Əli Əhmədov: YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər