İran ABŞ-ın bəyanatına cavab verib

18.11.2019 14:49

ABŞ-ın İran xalqını dəstəklədiyini bəyan etməsi müstəqil dövlətin daxili işlərinə qarışmaqla yanaşı, həm də təxribatçıları qızışdırmaq xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.

O bildirib ki, benzinin qiymətinin artırılması ilə əlaqədar keçirilən kütləvi aksiyalar xarici mətbuat tərəfindən obyektiv işıqlandırılmır. Polislə qarşıdurmada guya 150 adamın ölməsi haqqında xəbərlər həqiqəti əks etdirmir.

A.Müsəvi nəzərə çatdırıb ki, iqtisadi sanksiyalarla xalqı məhrumiyyətlərə düçar edən ABŞ indi İran xalqının qayğısına qalması ilə bağlı bəyanatla çıxış edir. Bunun gülməli olduğunu deyən A.Müsəvi bildirib ki, İran xalqı rəsmi Vaşinqtonun belə bəyanatlarının səmimiliyinə inanmır.

Xatırladaq ki, İranda baş verən hadisələrlə əlaqədar ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək İran xalqının rejimə qarşı mübarizəsini dəstəklədiyini bildirib.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR