Azərbaycan millisinin futbolçusu İspaniya çempionatında baxımlı qol vurdu - VİDEO

17.11.2019 15:34

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya "Albasete"sinin heyətində ilk qolunu vurub.

27 yaşlı yarımmüdafiəçi II Liqanın XVI turunda "Saraqosa" ilə səfər oyununda fərqlənib. Start heyətində yer alan İsrafilov 90+4-cü dəqiqədə qələbə topuna imza atıb - 1:0. Onun qolla nəticələnən zərbəsi baxımlı alınıb.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin Uelsə 0:2 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə matçında iştirak etməyib. O, Slovakiya ilə son qarşılaşmanın hazırlıqlarına qoşulacaq.(Report)

© xezerxeber.az


83 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR