Transferlərinə milyonlarla pul xərcləndiyinə peşman edən futbolçular - Eden Hazard, Luka Yoviç...

17.11.2019 13:56

Avropada mövsümün əvvəlində yüksək məbləğə transfer olunan futbolçuların bəziləri sərgilədikləri oyunla xəyal qırıqlığına səbəb oldular.

XəzərXəbər xəbər verir ki, transferləri ilə Avropada ən çox danışılan, ancaq yaşıl meydanlarda adından söz etdirməyən futbolçular arasında Eden Hazard, Luka Yoviç, Eder Militao, Ferland Mendi, Nikolas Pepe, Malkom, İrvinq Lozano, Moyze Kin və Ryan Sesseqnon yer alır.

Image result for eden hazard
Ötən mövsümü medalsız başa vurmaqla azarkeşlərini məyus edən La Liqa təmsilçisi "Real Madrid” yay transfer dönəmində 307,5 milyon avro ilə transferlərə ən çox pul ayıran klub olsa da, bu məbləğin böyük hissəsinin xərcləndiyi Eden Hazard hələki ondan gözlənilənlərdən çox uzaqdadır.
Böyük ümidlərlə 100 milyon avro qarşılığında transfer olunan belçikalı ulduz cari mövsümdə meydana çıxdığı 11 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapa bilib. 28 yaşlı forvard ötən mövsüm "Çelsi” forması ilə çıxdığı ilk 11 oyunda 8 qola imza atmışdı.

"Madrid”dəMilitaovəMendiheyətə düşə bilmir
Bu yay transfer bazarında xüsusi fəallıq göstərən "Real” müdafiəçilər Eder Militao üçün 50, Ferlan Mendi üçün isə 48 milyon avro ödəyərək heyətə qatmışdı. Hər 2 futbolçu ilk 12 turda forma geyinməkdə çətinliklə üzləşiblər.

Related image

Çempionlar Liqasında oynanılan matçlarla yanaşı 16 rəsmi oyun keçirən Madrid klubunda Militao 3, Mendi isə 5 dəfə əsas heyətdə meydana çıxa bilib.

Image result for eder militao real madrid
"Kral klubu”nda gözləniləni verməyən digər oyunçu isəLuka Yoviçoldu. 21 yaşlı forvard 60 milyon avro qarşılığında transfer olunduğu "Real”da 3 dəfə əsas heyətdə olmaqla, ümumilikdə 11 oyunda meydana çıxıb və 1 qol bura bilib. Serb oyunçu ötən mövsüm forma geyindiyi "Ayntraxt”da 48 oyunda 27 qol vuraraq, komandasının UEFA Avrupa Liqasında yarımfinala çıxmasında böyük rol oynamışdı.

Related image

"Arsenal”Nikolas Pepedən yaxşı oyun gözləyir

"Arsenal”in klub rekordunu qıraraq 80 milyon avroya heyətinə qatdığı Nikolas Pepe də istənilən oyunu göstərə bilmir. Fildişi Sahilli oyunçu, "Arsenal” forması ilə 11 Premyer Liqa matçında sadəcə 1 qol vurub, 4 UEFA Avropa Liqası matçında isə 2 dəfə rəqib qapıya yol tapıb.

Related image

Fransanın "Lill” klubundan transfer edilən 24 yaşlı sağ cinah oyunçusu, keçən mövsümdə meydana çıxdığı 41 rəsmi oyunda 23 dəfə qol sevinci yaşamışdı.

İrvinq Lozano
İtaliya A seriyasında çıxış edən "Napoli” PSV forması geyinən İrvinq Lozanonu 38 milyon avroya heyətinə qatmasına rəğmən, oyunçudan istədiyini ala bilmədi.

Image result for hirving lozanoPSV ilə ötən mövsüm meydana çıxdığı ilk 12 oyunda 9 qol vuran meksikalı oyunçu, "Napoli” forması ilə 12 matçda cəmi 2 qol vurmağa müvəffəq olub.

Malkom
Rusiya təmsilçisi "Zenit”in tarixində Hulk və Aksel Vitsel ilə birgə 40 milyon avro ödənişlə ən bahalı transferlərindən biri olan Malkom, bu mövsüm sadəcə 62 dəqiqə forma geyinə bilib.

Image result for malcom zenit"Barselona”dan transfer edilən oyunçu, zədə səbəbi ilə 17 oyunu buraxmalı olub.

Ryan Sesseqnon
İngiltərə Premyer Liqasında mübarizə aparan "Tottenhem”, "Fulhem”də forma geyinən 19 yaşlı Ryan Sesseqnonu 27 milyon avroya transfer edib. Ötən mövsüm "Fulhem”lə uğurlu mövsüm keçirən ingilis oyunçu zədə səbəbindən 14 oyunda iştirak edə bilməyib. O, ümumilikdə "Tottenhem” forması ilə cəmi 15 dəqiqə meydanda olub.

Image result for ryan sessegnon tottenham

Moyze Kin
"Everton” adı gələcəyin ulduzları sırasında çəkilən, fəqət ötən mövsüm "Yuventus”da Ronaldo, Dibala, Mancukiç kimi adların kölgəsində qalan forvard Moyze Kini 27.5 milyon avroya heyətinə qatıb.

Image result for moise kean everton
Keçən mövsümdə 6 dəfə ilk "11-lik” olmaqla 17 dəfə forma geyinən italyan forvard 7 qol vurmuşdu. Böyük ümidlərlə transfer edilən gənc oyunçu bu ana qədər gözlənilən performansı göstərə bilməyib. "Everton”da 4 dəfə əsas heyətdə olmaqla 11 oyunda meydana çıxan Moyse Kin qol vura bilməyib.

Offsideplus.az

© xezerxeber.az

FOTOQALERIYA






296 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR