Məktəblilərin payız tətili başlayır

15.11.2019 10:04

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

XəzərXəbər xəbər verir ki, 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-də isə dərs başlayacaq.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR