SON XƏBƏR: Şəhidlər Xiyabanını ziyarətə gələnlər maskadan istifadə etməlidir - XƏBƏRDARLIQ
SON XƏBƏR: Nazir müavini: Kəlbəcərdə ermənilər ekoloji terror törədib
SON XƏBƏR: İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
SON XƏBƏR: Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
Gələn ilin büdcəsində sosial xərclər 10 milyard manatdan çoxdur. Bunu Milli Məclisdəki büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov açıqlayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə sahibkarlar üçün yeni şəraitin yaradılacağını deyib və islahatların anonsunu verib.
Milli Məclisin plenar iclası 2020-ci ilin dövlət büdcəsinin müzakirələri ilə başladı. Növbəti ilin büdcəsi haqqında geniş məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur. Nazir bir sıra sahələrdə gələn ilin büdcəsində daha çox vəsaitin ayrıldığını, sosial xərclərin daha böyük həcmdə olduğunu vurğulayıb.
Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov gələn il ölkə iqtisadiyyatında artım proqnozlarını açıqlayıb. Nazirin sözlərinə görə 2020-ci ildə Azərbaycanda ÜDM-nin 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı, habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı üç il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir. Nazirin iqtisadiyyatın əsas aparıcısı qüvvəsi olan sahibkarlara dövlət tərəfindən lazımı dəstəyin veriləcəyini və sahibkarlığa maneə yaradan halların aradan qaldırılacağını açıqlayaraq bu sahədə gələcək islahatların anonsunu verib.
Daha sonra çıxış edən Hesablama palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi üçün risk yarada biləcək amilləri açıqlayıb. Burda neftin qiymətinin dəyişkənliyi və dövlət müəssisələrinin borclanması kimi məqamlar da öz əksini tapıb.
Çıxışlardan sonra millət vəkilləri büdcə layihəsinə münasibət bildiriblər. Onu da qeyd edək ki, milli məclisin plenar iclaslarında büdcə müzakirələri 3 gün davam edəcək.
© xezerxeber.azÖlkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Məktəblərdə dərslər bərpa olunur? - Təhsil Nazirliyindən açıqlama
Milli qəhrəmanlarımızın Qubadlıda olan məzar daşları bərpa edilir
Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manat olacaq
Bank məlumatlarınızı bu saytlara daxil etməyin - XƏBƏRDARLIQ - FOTO
"Qarabağ Dirçəliş Fondunun" Nizamnaməsi və strukturu təsdiqlənib
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Səhiyyə naziri peyvənd olunandan sonra mətbuata açıqlama verdi
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB