Bakıda yataqxana binasında uçqun - VİDEO

12.11.2019 20:45

Gecə Bakıda qəzalı vəziyyətdə olan yataqxanada uçqun olub. Hadisə zamanı xəsarət alan olmayıb. Binanın dam örtüyü yararsız hala düşdüyündən çöküb.nəticədə binadakı bir neçə mənzilə ziyan dəyib. Hadisə ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də məlumat yayıb

Qəzalı vəziyyətdə olan yataqxanada uçqun olub.

Hadisə gecə saatlarında paytaxtın Nərimanov rayon Nazim Hacıyev küçəsi 6 ünvanında baş verib. 4 mərtəbəli yataqxananın dam örtüyü qəfildən uçub. Hadisə zamanı 4-cü mərtəbədə Həbib İbayevə məxsus mənzil yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Zərərçəkmiş ev sahibi deyir ki, sakinlər binanın qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Nərimanov rayon icra hakimiyyətinə bir neçə dəfə müraciət ediblər. Axşam saatlarında hadisə baş verən vaxt aidiyyatı qrumlar əraziyə gəlib baxış keçiriblər. Qeyd edək ki, binanın damı Həbib İbayevin mənzili ilə yanaşı 3-cü mərtəbədə yaşayan Qənirə İsmayılovanın da evinə ziyan vurub

Bu arada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sözügedən yataqxanada müvəqqəti məskunlaşan 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparılıb. Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyil. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Nərimanov rayon icra hakimiyyətinin şöbə müdri Hüseyn Cəfərov isə bildirib ki,hazırda binadakı sakinlərin kirayə mənzillərə köçürülməsi istiqamətində iş aparılır.

Hüseyn Cəfərovun sözlərinə görə, yataqxana sökülüb yerində müasir yaşayış binası tikildikdən sonra həmin sakinlər o ünvanda mənzillərlə təmin olunacaqlar.

© xezerxeber.az

FOTOQALERIYA






280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR