Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qubada ağır qəza: Ölən və yaralanan var

09.11.2019 17:58

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında Bakı-Quba yolunun Qaraçay kəndi ərazisindən keçən hissəində baş verib.

İdarəetməni itirən "VAZ 21012” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə iki nəfər ağır xəsarət alıb. Yaralılar Quba rayonun Bərqov kənd sakini 33 yaşlı Cəbrayılov Cəlal Cavanşir oğlu koma vəziyyətində, açık kəllə-beyin travması, rayonun Paşaoba kənd sakini 27 yaşlı Əhmədov Ceyhun Yadigar oğlu isə qapalı kələ-beyin travması, baş-beyinin sirkələnməsi diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

Həkimlərin səylərinə baxmayaraq, qəzada ağır xəsarət alan Cəlal Cəbrayılovun həyatını xilas etmək mümükün olmayıb.

Digər yaralı Ceyhun Əhmədovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR