Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İnvestisiyalardan qazanan MİLYARDERLƏR – Gəliri nədən əldə edirlər?

09.11.2019 17:30

İnvestisiyalar üçün bir çox imkanlar var, lakin çox az adam uğurlu investisiya etməklə böyük gəlir əldə edə bilir. Məhz buna görə də uğurlu investorların strategiyalarını nəzərdən keçirməyə dəyər.

Bir qayda olaraq, bu investorlar həm iqtisadiyyatın ənənəvi sahələrinə, həm də qabaqcıl texnologiyalara yatırım etməklə öz portfellərini diversifikasiya edirlər.

Analitiklər və strateqlər qeyd edirlər ki, məhz diversifikasiya əksər riskləri azaltmağa və uzunmüddətli perspektivdə gəliri optimallaşdırmağa kömək edir.

Beləliklə, yeddi milyarderin investisiyada strategiyalarını və nəyə yatırım etməyə üstünlük verdiklərini təqdim edirik.

Larri Peyc

"Google”ın təsisçilərindən biri ən müxtəlif şirkətlərə yatırım edir. Uçan avtomobillərdən tutmuş kosmik gəmilərin hazırlanması isə məşğul olan şirkətlərin səhmlərinin sahibidir.

O, vəsaitin əsas hissəsini aşağıdakı şirkətlərə yatırıb:

"Tesla”

"Kitty Hawk”

"Opener”

Ceff Bezos

"Amazon”un təsisçisi portfoliosu uzunmüddətli investisiyalar ətrafında cəmləşən uğurlu sahibkarlardan biridir. O, zamanla inkişaf edəcək şirkətlərə yatırım etməyə üstünlük verir. Bezos iri telekommunikasiya şirkətlərinə və aerokosmik sahədə startaplara pul yatırır.

Onun əsas investisiyaları:

"Washington Post”

"Blue Origin”

"Uber”

Karlos Slim

Əvvəllər Karlos Slim dünyanın ən zəngin adamı idi. Meksikalı maqnat neft şirkətlərindən telekommunikasiya şirkətlərinə qədər ən müxtəlif sahələrə sərmayə yatırır.

O, hazırda aşağıdakı şirkətlərə pul qoyur:

"Realia Business”

"The New York Times”

YPF

Mark Zukerberq

"Facebook”un təsisçisi startapları sevir. O, süni intellektin inkişaf etdirilməsinə, eləcə də proqramların hazırlanmasına sərmayə yatırır.

Onun əsas investisiyaları:

"Vicarious”

"Walk”

"Asana”

Bill Qeyts

Bill Qeyts "Microsoft”un təsisçilərindən biridir, lakin hazırda aktiv surətdə xeyriyyəçiliklə məşğuldur. Buna baxmayaraq, onun portfoliosu olduqca müxtəlifdir. O, qida və səhiyyə məhsullarının gələcəyinə inqilabi dəyişikliklər gətirə biləcək şirkətləri axtarır.

Qeyts əsasən aşağıdakı şirkətlərə yatırım edir:

"Breakthrough Energy”

"Ventures”

"Berkshire Hathaway”

"Coca-Cola”

Bernar Arno

Fransalı milyarder Bernar Arno əsasən paltar olmaqla, lüks dərəcəli mallar hesabına varlanıb. O, LVMH qrupunun sahibidir, əla zövqü var, eləcə də ona nəyin gəlir gətirəcəyini əla bilir.

Arno aşağıdakı şirkətlərə investisiya edir:

"Louis Vuitton”

"Christian Dior”

Vorren Baffet

İnvestisiya deyərkən ağıla gələn ilk adlardan biri əfsanəvi investor Vorren Baffetdir.

O, ABŞ-dan kənarda ən uğurlu investor kimi tanınır. Baffetin öz strategiyası var ki, onun sayəsində o, dünyanın ən zəngin adamlarından birinə çevrilib. O, əvvəllər bank sektoruna və KİV-ə sərmayə yatırırdı, lakin indi o, başqa variantları da nəzərdən keçirir.

Onun əsas investisiyaları:

"Amazon”

"Apple”

"Coca-Cola”

oxu.az

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR