Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı - VİDEO

09.11.2019 13:48

Türkiyə millisinin çalışdırıcısı Şenol Günəş baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

67 yaşlı mütəxəssis DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini bildirib:

"2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbər olsun".

Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.

© xezerxeber.az


58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR