Rusiya XİN Azərbaycan və Ermənistan arasında saxlanılan şəxslərin dəyişdirilməsində "hamının hamıya" formulunun tərəfdarıdır

08.11.2019 16:40

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi perspektivinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Rusiya həmsədr ölkə kimi digər həmsədrlərlə birlikdə Lavrovun Yerevan səfəri və Bratislavada Ermənistan və Azərbaycan XİN başçılarının görüşü zamanı tərəfləri iki ölkənin liderləri arasında sammitin keçirilməsinə razı salmağa hazırlaşırmı" sualına cavabında iki ölkə liderinin görüşünün təşkilinə dair konkret fikir səsləndirməsə də, Lavrovun Yerevan səfəri zamanı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacağını qeyd edib.

Rusiya XİN sözçüsü Azərbaycan və Ermənistan arasında saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı suala da cavab verib.

O, Rusiyanın bu məsələdə bundan əvvəl də Sergey Lavrov tərəfindən səsləndirilmiş "hamının hamıya" formulunun tərəfdarı olduğunu söyləyib.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR