Qarabağ əlilləri və şəhid ailələri üçün yeni mənzillər tikilir - VİDEO

10.11.2019 19:21

Azərbaycanın bölğələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillərin tikintisi davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda iş gedən yerlərdə bəzi evlərin əsas hissəsi tikilib. İşlər ləngimədən aparılır. Fərdi evlər təhvil verilən zaman içində isitmə sistemi də olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayon şöbəsindən bildirilib ki, rayon ərazisində 6 ədəd 3 otaqlı və 4 ədəd 2 otaqdan ibarət 10 fərdi yaşayış evinin tikintisi aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR