Atasının qızı: dünya siyasətinə yön verən şəxslərin 6 məşhur qızı

08.11.2019 15:57

Yüksək rütbəli siyasətçilərin övladları həmişə daha çox diqqət mərkəzində olurlar. Əslində bu təəccüblü deyil. Çünki idarəetmədə iştirak edən birinin övladı üzərindəki təsiri insanlar tərəfindən maraqlı olur. Lakin nədənsə, belə ataların oğlanlarındansa, qız övladları hər zaman daha çox ön planda olur.

Odur ki, sizə atasına layiq 6 məşhur siyasətçinin qızı haqqında məlumat vermək istəyirik:

1) Yekaterina Tixonova

Hər zaman gizlətməyə çalışsa da, hamı Rusiya prezidenti Vladimir Putinin 2 qız övladının olduğunu bilir. Kiçik qızı Yekaterina Tixnova böyük qızı Mariya ilə müqayisədə çox ictimai fəaliyyətdədir və buna görə də daha çox tanınır. Moskva Dövlət Universitetini bitirən Tixonova Moskva Dövlət Universitetinin Milli İntellektual Ehtiyat Mərkəzinə rəhbərlik edir.

2) İvanka Tramp

İvanka Tramp dünyanın ən uğurlu biznesmenlərindən birinin ailəsində böyüyüb. Yəqin bunun nəticəsidir ki, o uğurlu idarəçi kimi "Trump Organization”un vitse-prezidenti kimi çalışıb.

Hazırda isə dövlət başçısı olan atasının köməkçisi kimi uğurlu bir kariyera yaratmaqda davam edir.

3) Sesilya Ahern

Kim deyir ki, siyasətçinin qızı mütləq siyasətlə məşğul olmalıdır? İrlandiyanın baş naziri Berti Ahernin qızı Sesilya Ahern məşhur yazıçılardan biridir. Onun əsərləri dünya səviyyəsində tanınır.

4) Milana Kerjakova

Sovet Federasiyasının keçmiş millət vəkili Vadim Tyulpanovun qızı televiziya sahəsində çalışır. O bir sıra uğurlu layihələrin müəllifidir.

5) Kseniya Şoyqu

Rusiya Federasiyasının Müdafiə nazirinin qızı Kseniya Şoyqu Ticarət Palatası prezidentinin müşaviri və eyni zamanda Qazprombank rəhbərinin müavinidir. Kseniya Şoyqu çox gözəl iqtisadçıdır.

6) Yelizaveta Peskova

Rusiya prezidentinin mətbuat katibi Dmiitriy Peskovun qızı Yelizaveta Peskova Parisdə biznes məktəbində oxuyur və Parisdə butiklərdən birində konsultant olaraq çalışır.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR